Neftçilər prospektində təmir bərpa və asfaltlaşma işlərinə başlanılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların, yolların abadlaşdırılması, asfaltlaşması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Qeyd edək ki, Neftçilər prospektində təmir bərpa və asfaltlaşma işlərinə başlanılıb.
Eyni zamanda əsaslı təmir işləri zamanı komunikasiya xətlərinin quyularının qapaqlarında cari təmir işlərinin aparılması, yeni asfalt örtüyünün vurulması, yol xətlərinin çəkilməsi işləri də nəzərdə tutulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma , yol infrastruktur işləri davam etdirilir.