Nəsifbəy Yusifbəyli küçəsində asfaltlaşma işi başa çatıb.
18 avqust 2022 | 11:32
Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsifbəy Yusifbəyli küçəsində yeraltı su və komunikasiya xətləri bərpa olunub, yolun əsaslı təmir işləri başa çatdırılıb, yola yeni asfalt örtüyü vurulub.
Eyni zamanda yeni bardurlar qoyulub, piyadaların rahat hərəkəti üçün piyada səkiləri bərpa olunub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.