Nəsimi İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib.
Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib. İclasda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, İctimai Şuranın üzvləri, Nəsimi Bələdiyyəsinin, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbərləri, təhsil, səhiyyə işçiləri və gənclərin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elnur Rəhimov bildirib ki, dövlət başçısı tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsindən, qeyri-hökumət təşkilatlarının dövlət idarəçiliyi və qanunvericilik prosesinin iştirakçısına çevrilməsindən danışıb. Şura sədri iclas iştirakçılarına əvvəlki işlasda qaldırılan məsələlərin həlli ilə bağlı görülən işlərdən danışıb və qeyd edib ki, iclasda qaldırılan problemlər, verilən təkliflər rəsmi şəkildə İcra Hakimiyyətinə çatdırılıb, həmin məsələlər artıq həll olunub.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək müzakirə edilən məsələlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi və bu sahədə İctimai Şuranın rolunun və fəallığının artırılmasının vacibliyini vurğulayıb.
Daha sonra İctimai şura üzvləri ictimai iştirakçılığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə bir sıra təkliflərlə çıxış ediblər.
Görüş müzakirələrlə davam edib.