Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon 28 May küçəsi 20 saylı ünvanda tarixi binanın fasadında bərpa işləri aparılır.

04 avqust 2022 | 10:39

Bakının bugünkü görkəmi özünəməxsus relyefi ilə nadir memarlıq incilərinin harmonik vəhdətini əks etdirir. Bakı şəhərindəki tarixi-memarlıq abidələrin, bnaların, milli-mədəni sərvət kimi qorunub saxlanılması, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların rolunu gücləndirmək və ölkəmizə gələn çoxsaylı qonaqlar arasında lazımi səviyyədə təbliğini təmin etmək məqsədi ilə bir çox  işlər görülür.

Qeyd edək ki, Nəsimi rayonu ərazisində yerləşən tarixi-memarlıq abidələrin, binaların təmiri, xarici görünüşünün bərpası, abadlaşdırılması və xüsusi işıqlandırılması ümumiyyətlə, diqqət mərkəzindədir.

Bununla əlaqədar Nəsimi rayon 28 May küçəsi 20 saylı  ünvanda tarixi binanın fasadında ümumi prinsiplərə riayət olunmaq şərti ilə bəzək elementlərinin restavrasiyası və təmir-bərpa işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər