Nəsimi rayon 3-cü mikrorayon ərazisində maqistral istilik borularında əsaslı təmir işləri aparılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Belə ki, sakinlərin müraciətləri nəzərə alınaraq, rayon ərazisində müxtəlif ünvanlarda abadlıq quruculuq işləri aparılır. Bu istiqamətdə yararsız vəziyyətə düşmüş binaların, eyni zamanda məhəllədaxili yolların asfaltlaşması, piyada səkilərinin, pilləkənlərin tikilməsi, əsaslı təmiri və digər məsələlər ilə bağlı müvafiq tövsiyyələr verilir.
Nəsimi rayon ərazisində magistral və paylayıcı istilik xətlərində, eyni zamanda yaşayış binalarının istilik təchizatının bərpasının yaxşılaşdırılması məqsədilə tədbirlər həyata keçirilməkdədir.
Belə ki, qış mövsümünə hazırlıqla əlaqədar rayon ərazisində maqistral istilik xətlərində qəzaların baş verməməsi, binalarda uzun müddətli fasilələrin yaranmaması üçün 3-cü mikrorayon ərazisində maqistral istilik borularında D- 273 mm-lik boru xətlərində əsaslı təmir işləri aparılmışdır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.