Nəsimi rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətində Nəsimi rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilib. İclasda Şuranın İdarə Heyəti və üzləri iştirak ediblər.
İclası giriş sözü ilə Ağsaqallar Şurasının sədr müavini, professor İmamverdi Həmidov açaraq, əvvəlcə sentyabrın 13-ü Ermənistan ordusunun Azərbaycan - Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olan 50 hərbçimizdən söz açdı. Onların timsalında bütün şəhid oğullarımız iclas iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olundu. Natiq şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, yaralılara Allahdan şəfa dilədi.
İ.Həmidov gündəlikdə olan ilk məsələ ilə bağlı geniş məruzə ilə çıxış etdi. O, iclas iştirakçılarını Azərbaycan Ağsaqqallar Şurasının təqdim etdiyi 2022-2024-cü illərdə keçirilməsi nəzərdə tutulan Tədbirlər Planı ilə tanış etdi. Gündəlik məsələnin Azərbaycan Ağsaqqallar Şurası ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə əməkdaşlığına dair 2022-2024-cü illərdə keçirilməsi nəzərdə tutulan Tədbirlər Planı ilə tanışlığı, Nəsimi rayon Ağsaqqallar Şurasının son bir ildə fəaliyyəti haqqında Hesabatın təqdimatına hazırlıq və fəal rayon ağsaqqallarına üzvlük vəsiqələrinin verilməsini iclas iştirakçılarının diqqətinə çatdırdı.
İdarə heyətinin üzvü Xalid Kərimov, Şurasının üzvü Mədətxan Həsənov və başqaları hesabat ərrafında çıxışlar ediblər.
İdarə Heyətinin üzvlərindən şəhid atası İsgəndər Ələsgərov sonda çıxış edərək, öz oğlunun timsalında bütün şəhidləri yad etmiş, ondan və ailəsindən daim qayğısını əsirgəməyən rayon rəhbərliyinə minnətdarlığını bildrib.
İclasın yekununda sədr müavini İmamverdi Həmidov bir neçə üzvlərdən - Balakişi Həsənov, Elxan Səmədov, Həsənxan Mədətov, Qorxmaz Bayramov və Hafizə Aslanovaya üzvlük vəsiqəsi təqdim etmişdir. İ. Həmidov fəal iştiraklarına görə ağsaqqallara minnətdarlığını bildirib.