Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon ərazisində küçə və prospektlərdə cari təmir işləri aparılıb.

19 dekabr 2023 | 10:57

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların,  yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurma və əsaslı təmiri işləri davam etdirilir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Belə ki, rayon ərazisində küçə və prospektlərdə cari təmir işləri aparılıb.

Görülmüş işlər çərçivəsində küçə və prospektlərdə istinad divarlarında və səkilərdə təmir işləri aparılıb. Yarasız vəziyyətdə olan  binaların divarları rənglənmişdir. Eyni zamanda ərazidə ehtiyac olan yerlərdə kiçik tulantılar üçün urnalar qoyulmuşdur.

Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər