Nəsimi rayon ərazisində yol-asfaltlaşma işləri aparılıb.
26 oktyabr 2022 | 09:49
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların, yolların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonu Fikrət Əmirov küçəsi, Dilarə Əliyeva küçəsindən 28 may küçəsinin kəsişməsinə qədər yolda əsaslı təmir işləri aparılıb.
Eyni zamanda yola yeni asfalt örtüyü vurulub, piyada zolaqları və yol xətləri yenilənib.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma , yol infrastruktur işləri davam etdirilir.