Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon gəncləri Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyi ilə tanış olub.

22 aprel 2024 | 10:40

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində Nəsimi rayonunun bir qrup fəal gəncləri Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyi ilə tanış olub.

Muzeydə Ulu öndərin ömrünün 25 ilini həsr etdiyi xüsusi xidmət orqanlarındakı fəaliyyətinə dair guşə böyük maraq doğurur. Eyni zamanda, onun uşaqlıq, gənclik illərini, respublikaya rəhbərliyinin hər iki dövrünü əhatə edən fotoşəkillər, sənədlər və materiallarla da yaxndan tanış olmuşdular.

Muzeydə Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsində işlədiyi dövrə aid hərbi geyimi, kabinetində olan əşyalar, ona verilmiş hədiyyələr, mükafatlar, ümumiyyətlə, ulu öndərlə bağlı eksponatlar toplanmışdır. Muzeydə xalqımızın Ümummilli liderinin büstü də qoyulmuşdur.

 

Keçidlər