Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın yığıncağı keçirilmişdir.

30 iyul 2022 | 11:17

Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın yığıncağı keçirilmişdir. Şuranın yığıncağında Nəsimi rayonunda ictimai-siyasi və humanitar sahədə, o cümlədən İcra Hakimiyyəti yanında komissiyalar tərəfindən aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Şuranın sədri, RİH başçısı Asif Əsgərov yığıncağı açaraq qeyd etdi ki,  Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirilən, demokratik prinsipləri özündə əks etdirən siyasi kurs nəticəsində ölkəmizdə yüksək demokratik təsisatlar bərqərar olub, Azərbaycanda azad, şəffaf, ədalətli seçki mühiti yaradılıb, söz və vicdan azadlığı yüksək səviyyədə bərqərar olub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü uzaqgörən və qətiyyətli siyasət nəticəsində bu gün demokratik siyasi sistem, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu xətti ilə irəliləyən Azərbaycan sosial, siyasi, iqtisadi, mədəni və intellektual transformasiyanı özündə əks etdirən hərtərəfli modernləşmə yolunda inamla irəliləyir, respublikamızın nüfuzu beynəlxalq aləmdə yüksəlməkdə davam edir. Demokratiya və söz azadlığının göstəricisi olaraq hal-hazırda  Azərbaycanda müxtəlif siyasi mövqeli partiyalar, QHT-lər, çoxlu sayda müstəqil mətbuat orqanları, dini icmaların fəaliyyət göstərdiyi vurğulandı. Ölkəmiz demokratik prinsiplərlə inkişaf edən tolerant bir məkandır və dövlətimiz tərəfindən bütün dinlərə və təriqətlərə sağlam fəaliyyət üçün şərait yaradılmışdır. Vətənimizdə milli adət-ənənələrə hörmətlə yanaşılır və Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev bu dəyərləri üstün tutur. Respublikamızın hər bir yerində olduğu kimi dövlətimizin həyata keçirdiyi çoxşaxəli  siyasət Nəsimi rayonunda da uğurla həyata keçirilir.

Şuranın sədri  “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə” dən irəli gələn vəzifələri yerinə yetirərək rayon İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin həyata keçirilməsinin daim diqqət mərkəzində saxlandığını qeyd etmişdir.

Yığıncaqda çıxış edən “Məşədi Dadaş Məscidi”nin imamı  Şahin Həsənli,  “Hacı Əjdərbəy Məscidi”nin icma rəhbəri  Həmdulla Babayev bütün dini icmaların dostluq və sülh şəraitində fəaliyyət göstərdiyini, dini icmalar arasında hər hansı bir problemin olmadığınl, ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da yüksək tolerantlığ mühitinin olduğunu, ənənəvi dinlərin normal və bərabər fəaliyyət göstərmələri üçün hər cür şərait yaradıldığını vurğuladılar.

Yığıncaqda iştirak edən rayon idarə və strukturlarının rəhbərləri, Hüquq Mühafizə orqanlarının rəhbləri - rayon Prokruroru H.Hənifəyev, rayon Polis İdarəsinin rəisi M.Mirbabayev, YAP Nəsimi rayon təşkilatının sədri A.Süleymanov, Gənclər və İdman İdarəsinin rəisi Ş.Tağıyev, İctimai birlik və partiya təşkilatlarının nümayəndələri müzakirələrə qatılaraq fikirlərini söyləmiş və təkliflərini vermişlər.

Yığıncağın yekununda Şuranın sədri Nəsimi rayonunda ictimai-siyasi və humanitar sahədə həyata keçirilən tədbirlər, o cümlədən mərasimlərdə Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti  yanında Operativ Qərargah tərəfindən verilmiş tapşırıq, göstəriş və metodiki tövsiyyələrdən irəli gələn tələblərin icrasının zəruriliyini bildirdi.

 

 

 

 

Keçidlər