Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib

27 aprel 2022 | 12:53

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1-ci mikrorayon A.Məhərrəmov küçəsi 45 ünvanda sakinlərin müraciətlərini dinləmişdir. Mikrorayonda, o cümlədən A.Məhərrəmov, 20 Yanvar, R.Məmmədov, Cavadxan küçələri,  Moskva pr. ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

Sakinlərdən  Hacıyev Rövşən, Vəliyev Təhməz, Rəhimova Səbinə, Hüseynova Təranə, Hüseynov Gülağa  və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, dam örtüyünün təmiri, asfalt örtüyünün bərpası, avtomobillərin həyətdə parklanaraq maneə yaratması, yardım göstərilməsi, quru vəziyyətdə olan ağacın götürülməsi,  barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısının əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarların həyata keçirilməsi istiqamətində görülən işlər xüsusi vurğulanmışdır.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

 

 

 

 

 

Keçidlər