Nəsimi rayon İcra Hakimiyyəti yanında İctima Şuranın “Heç vaxt ayrılmadı o könül candan, öndərlədi Azərbaycan! Heydərlədi Azərbaycan!!!” adlı tədbir keçirilib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkil etdiyi “Heç vaxt ayrılmadı o könül candan, öndərlədi Azərbaycan! Heydərlədi Azərbaycan!!!” adlı tədbir keçirilib.
Tədbirdə İctimai Şuranın üzvləri, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon Ağsaqqallar şurasının sədri, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Vaqif Şadlinski, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrun canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Elnur Rəhimov açaraq bildirdi ki, Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan görkəmli dövlət xadimi, dünya miqyaslı parlaq siyasətçi dahi şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Onu da qeyd etmək yerinə düşər ki, dünya dövlətləri bu dahi insan Azərbaycan dövlətinin memarı qurucusu, bütün tarixi proseslərə təsir göstərmiş təkrarolunmaz bir şəxsiyyət adlandırırdılar. Biz Ulu öndəri heç vaxt unutmadıq. O Azərbaycan xalqının qəlbində yaşayan ölməz bir dahidir.
Tədbirdə çıxış edənlər Nəsimi rayon Ağsaqqallar şurasının sədri, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Vaqif Şadlinski, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Suleymanov və Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev bildirdilər ki, bu günümüzü düzgün dəyərləndirmək, Heydər Əliyev yolunun dövlətimizə, xalqımıza qazandırdığı uğurların miqyasının genişliyini dərk etmək üçün müstəqillik tariximizin ayrı-ayrı dövrlərinə nəzər salmağa böyük zərurət var. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qaldı. Həmin dövrdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı "olum, ya ölüm" dilemması qarşısında qoymuşdu. Digər tərəfdən də silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. Ölkədə yaşanan xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması, torpaqlarımızın itirilməsi xalqımızın sabaha ümidlərini itirdi, insanlar vəziyyətdən çıxmağın yollarını axtarmağa başladılar. Belə çətin günlərdə xalqımızın xilaskar kimi üz tutduğu yeganə ünvan ulu öndər Heydər Əliyev oldu. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyası gəlir.
Xüsusi qeyd olundu ki, Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən, düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycanımızın qarşısında açdığı imkanlardan, üfüqlərdən bəhs etmədən öncə onun ən böyük xidməti olaraq 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməliyik. Çünki uğurlarımızın başlanğıcı kimi partiyanın yaranması qeyd edilməlidir. 1992-ci il oktyabarın 16-da xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevə bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciəti dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu. "91-lər"in, 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalının Ümummilli Liderə ünvanladıqları müraciətdə dövrün reallıqlarının doğurduğu fəsadlar - respublikanın iqtisadi potensialının sürətlə dağılması, təbii sərvətlərimizin talan edilməsi, vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı - yüksək ixtisaslı kadrların tərk etməsi barədə məlumat verilir. Müraciətdə, həmçinin xalqımıza qarşı törədilən ən dəhşətli cinayətləri - 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlərin cəzasız qalması xüsusi olaraq qeyd olunur və baş verən problemin həllinin güclü bir liderin iradəsinə bağlı olduğu vurğulanırdı.
Tədbirdə həmçinin Şuranın cari işləri ilə bağlı görülmüş işlərdən danışılıb.