Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş tərkibli iclası keçirilib
İclasda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, İctimai Şuranın üzvləri, Ağsaqqallar Şurasının rəhbərliyi, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin məsul əməkdaşları, ictimai təşkilatların rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva iştirakçıları salamlayaraq, İctimai Şuranın fəaliyyət istiqamətləri haqqında çıxış edib. Bildirib ki, cənab İlham Əliyev tərəfindən əsası qoyulan vətəndaş cəmiyyətinin genişləndirilməsində hər bir İctimai Şuranın fəaliyyəti davamlı və mərhələli olmalıdır. Bu nöqteyi nəzərdən Nəsimi Rayon İcra Hakmiyyəti yanında İctimai Şura bunları özünə əsaslı istiqamət seçib. Belə ki, mütamadi qayda da rayon sakinləri ilə görüşlərin keçirilməsi, gənclərin və onların qayğılarına diqqətin artırılması, veteran və qazilərə göstərilən dəstək, istənilən yaş qrupunun qaldırdığı məsələlərin icrasına yönəlmiş işlərdə heç şübhəsiz Şura sədrinin və Şuranın tərkibində formalaşan üzvlərin mərhələli fəaliyyəti günün tələblərinə tam cavab verir.
Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elnur Rəhimov öz çıxışında bildirib ki, dövlət başçısı tərəfindən Azərbaycanda əsaslı həmrəyliyin qurulması, görülən işlər və atılan addımlardan, həmçinin dövlət idarəçiliyi və qanunvericilik prosesinin konsepsiyalarından danışıb. Şura sədri iclas iştirakçılarına əvvəlki iclasda qaldırılan məsələlərin həlli ilə bağlı görülən işlərdən danışıb və qeyd edib ki, qaldırılan problemlər, verilən təkliflər rəsmi şəkildə aidiyyatı qurumlara çatdırılıb, həmin məsələlər artıq həll olunub.
Daha sonra çıxış edən Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, tibb elmləri doktoru, professor Vaqif Şadlinski İctimai Şuranın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Çıxışında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) kimi dövlət əhəmiyyətli tədbirin mahiyyətindən və İctimai Şuranın bu istiqamətdə də əsaslı işlər görəcəyinə ümidvar olduğunu bildirib. Eləcə də nəzərə çatdırıb ki, ölkəmizin qarşılaşdığı ətraf mühit problemlərinin həlli, su qıtlığının aradan qaldırılması, təmizlik işlərinin davamlı şəkildə görülməsi, yaşıl konsepsiyasının tələblərinə riayət etmək ən əsas məqsədlərdən birinə çevrilib.
Sonra Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Sevda Quliyeva rayonun təhsil müəssisələrində Şuranın əsasının qoyulması və təkmilləşdirilməsi barədə təkliflə çıxış etdi.
Sonda irəli gələn vəzifələr ilə əlaqədar lazımi tapşırıqlar verilmişdir.