Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclası keçirildi.
Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclası keçirildi. İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov şuraya keçirilən seçkilərin nəticələri barədə məlumat verib. Natiq bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənib, QHT-lər dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər. Nəsimi rayon İcra Hakimiyyətinin qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran natiq yaradılan İctimai Şuranın bu sahədə görəcəyi işlərin əhəmiyyətindən danışıb. Asif Əsgərov İctimai Şuranın üzvlərinə rayon İcra Hakimimiyyəti ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərindəki fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edən şura üzvləri şuranın fəaliyyəti dövründə qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq ediləcəyini, İctimai Şuranın bu sahədə atılan növbəti addım kimi dəyərləndiriləcəyini və İctimai Şuranın üzvlərinə ictimaiət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətindəki fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. Çıxış edən Şura üzvləri İctimai Şuranın fəaliyyətinə öz töhfəsini verəcəyinə ümidvar olduqlarını bildiriblər.