Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib

09 aprel 2025 | 17:24

İclası giriş nitqi ilə açan Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elnur Rəhimov illik iş planının hazırlanması məqsədi ilə iclasın əhəmiyyətini qeyd edib. Bildirib ki, sağlam rəqabətli, müasir dövrün çağırışlarına cavab verən yeni işlərin həyata keçirilməsi üçün təklif və layihələr üzərində geniş araşdırmalar aparılmalıdır.

Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavinləri Sevda Quliyeva və Sənan Hüseynov öz çıxışlarında şuranın davamlı və aktiv fəaliyyətinin təmin olunmasında vətəndaşlarla görüşlərin keçirilməsi, sosial media aktivliyinin artırılması, ali təhsil müəssisələri ilə elmi müstəvidə əlaqələrin genişlədilməsi kimi məsələlərə toxunublar.

İclasda həmçinin digər məsələlər üzrə ikitərəfli fikir mübadiləsi aparılıb.

Keçidlər