Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib. İclası giriş sözü ilə açan İctimai Şuranın sədri Elnur Rəhimov bildirib ki, əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də İctimai Şura öz işini onun nəzdində fəaliyyət göstərən işçi qrupların müəyyən etdikləri fəaliyyətlərə uyğun təşkil edəcək.
Qeyd olunub ki, daxil olan müraciətlərin dəyərləndirilməsi, ehtiyacı olan insanlara sosial, hüquqi və digər sahələrdə məsləhətlərin verilməsi və bu müstəvidə onlara zəruri dəstəyin göstərilməsi, həmçinin monitorinqlərin keçirilməsi, maraqlı tərəflərin iştirakı ilə maarifləndirmə tədbirlərinin təşkil edilməsi və digər təşəbbüslər hazırkı dövrdə icra olunacaq fəaliyyət planının əsas komponentləridir. Bu baxımdan həmin istiqamətlərdə müsbət nəticələrin əldə olunması üçün bütün fəaliyyətlərin qruplar və maraqlı tərəflər arasında əlaqələndirilmiş şəkildə həyata keçirilməsi olduqca vacibdir.
Cari ilin ikinci yarısında ictimai nəzarətin konseptual və sistemləşdirilmiş şəkildə həyata keçirilməsində və ictimai iştirakçılığın daha yüksək səviyyədə təmin olunmasında maraqlarını ifadə edən iclas iştirakçıları müzakirəyə çıxarılan məsələlərə dair fikir bildirib, hazırkı dövrdə aktuallığı ilə səciyyələnən mövzularla əlaqədar təkliflər irəli sürülüb.
Sonra İctimai Şuranın sədr müavini Elton Süleymanov Şuranın fəaliyyətində məhəllə komitələri, rayon ziyalıları və sakinlər ilə daha sıx təmasda olmağın faydasını bildirərək, ölkəmiz üçün aktuallıq kəsb edən məsələlərə, rayonda görülən abadlıq- quruculuq, ekoloji maarifləndirmə və sosial-infrastruktur layihələrinin icrası ilə əlaqədar görülən işlər barədə vətəndaşları müntəzəm olaraq məlumatlandırmağı tövsiyə edib.
Daha sonra İctimai Şuranın üzvü Tahir Rüstəmov görülmüş işlərin mətbuatda işıqlandırılmasının həyata keçirilməsini tövsiyyə etdi.
İclasın sonunda bir sıra cari məsələlər müzakirə olunub.