Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri rayon gəncləri ilə görüş keçirib.
Görüş zamanı Şura üzvləri Zəfər gününün 2-ci ildönümü ərəfəsində rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin rifahının yaxşılaşdırılıması istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Məlumat olaraq bildirilmişdir ki, Vətən Müharibəsi zamanı 704 nəfər Nəsimi rayon sakini səfərbərliklə hərbi xidmətə yollanmışdır. Vətən müharibəsində iştirak edən 704 nəfərdən 106-ı müxtəlif dərəcəli travma və xəsarətlər almış, onlardan 53 nəfərinə müxtəlif dərərcəli əlilliklər təyin olunmuşdur.
Qeyd olundu ki, Nəsimi rayon ərazisində qeydiyyatda olan 39 şəhid ailəsi və 48 Vətən müharibəsi əlili Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə mənzil növbəsinə götürülmüş və onlardan 25 şəhid ailəsi və 33 Vətən müharibəsi əlili artıq mənzillə təmin olunmuşdur.
Səmimi söhbət əsnasında İctimai Şuranın üzvü, şəhid anası Lətifə Novruzova və Şura üzvü Gülnarə Hacıyeva gənclərlə fikir mübadiləsi aparmış və Şura tərəfindən gələcəkdə görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir. Səmimi söhbət zamanı rayon gəncləri şuranın üzvlərinə öz təşəkkürlərini bildirdilər.