Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın yekun iclası keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın yekun iclası keçirilib.
İclasda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, İctimai Şuranın üzvləri, idarə və müəssisə rəhbərləri, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin məsul əməkdaşları, ictimai təşkilatların üzvləri iştirak edib.
İclası giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elnur Rəhimov şuranın iki il ərzində gördüyü işlər, həyata keçirilən tədbirlər barəsində ətraflı məlumat verib. Həmçinin sədr qeyd edib ki, şuranın hər bir üzvüdə eyni prioritetlə çalışmış və birgə kollektiv mühit olduqca yüksək səviyyədə təşkil edilmişdir.
Daha sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva İctimai Şuranın fəaliyyəti, iş prinsipi, əldə olunan nailiyyətlər, problemlər və həlli yolları haqqında çıxış edib. Bildirib ki, vətəndaş cəmiyyəti insitutlarının formalaşmasında, elmi, mədəni, ictimai fəaliyyətləri ilə seçilən şəxslərin şurada toplanması ən əsas missiyaya çevrilmişdir.
Nəsimi rayonunda yerləşən idarə, müəssisə, təşkilat rəhbərləri çıxış edərək, İctimai Şuranın fəaliyyətini müsbət qiymətləndirilib.
Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov qeyd etdi ki, iki illik fəaliyyətində yerlərdə olan problemlərin öyrənilməsi və aidiyyatı üzrə müəssisələrə çatdırılması barədə İctimai Şuranın mühüm rolu olmuşdur. Digər çıxışçılar İctimai Şuranın fəaliyyətinə uğurlar arzulladılar.
İclasda həmçinin Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Sevda Quliyeva, üzvlərdən Tahir Rüstəmov, Firəngiz Həmidova çıxış edərək Şuranın son iki ildəki fəaliyyətini geniş təhlil etmiş, gələcək fəaliyyəti üçün önəmli təkliflər irəli sürmüşlər.