Nəsimi rayon İcra Hakimiyyətində “Ailədə təhlükəsiz həyatın qurulmasında dövlət və vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq “ kampaniyası çərçivəsində “Ailədə təhlükəsiz həyatın qurulmasında dövlət və vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir təşkil olunub. Tədbirdə gender əsaslı və məişət zorakılığının qarşısının alınması, zərərçəkmiş şəxslərin müdafiəsi və bu sahədə dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının gücləndirilməsi mövzusunda müzakirələr edilib.
Çıxışlarda dövlət tərəfindən göstərilən sosial xidmətlər, mühafizə orderləri, preventiv proqramlar və gənclərin maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd olunub. Vətəndaş cəmiyyətinin rolunun — maarifləndirmə, psixoloji-hüquqi dəstək və ictimai fəallığın artırılması istiqamətində xüsusi önəm daşıdığı vurğulanıb.






