Nəsimi rayon İcra Hakimiyyətində Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin direktoru Serdar Gündoğan ilə görüş olub.
Nəsimi rayon İcra Hakimiyyətində Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin direktoru Serdar Gündoğan ilə görüş olub. Nəsimi rayonu, Alı Mustafayev küçəsi 5 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin uğurlu fəaliyyəti ilə bağlı müzakirələr aparılmışdır. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iki qardaş ölkə arasında münasibətlərin inkişaf etdiyini, Azərbaycan – Türkiyə əlaqələrinin bütün istiqamətlər üzrə, o cümlədən təhsil sahəsində genişləndiyini qeyd edərək, Azərbaycan – Türkiyə əlaqələrinin inkişafı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən mühüm tarixi layihələrin həyata keçirilməsinin qürurverici olduğunu vurğulamışdır.
Daha sonra xatirə şəkilləri çəkildi.
.