Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərnə uyğun olaraq , sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı vəziyyətin öyrənilməsi və təbliği barədə monitorinq qrupları ilə görüş təşkil edildi.

17 avqust 2023 | 10:06

Görüşdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi RİH Başçısı yanında İctimai Şuranın, Nəsimi Bələdiyyəsinin, Nəsimi RİH Başçısının  SİƏD üzrə nümayəndəliyində yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri , rayon ictimaiəti və rayon gəncləri iştirak ediblər.

İclası giriş sözü ilə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu”nun rəhbəri Gülarə Verdiyeva açaraq müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşadığını vurğuladı.

Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətdir. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verən, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edən ölkədir  Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradır.

Sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli və ağıllı inteqrasiyası, dövlət investisiyalarının yüksək həcmi iqtisadi quruculuğun birinci mərhələsindəki başlıca məqsədlərin – ölkənin tarixi coğrafi sərhədlərini bərpa etməklə dövlət suverenliyinin və milli təhlükəsizliyin möhkəmləndirilməsi, daxili ictimai-siyasi sabitliyin və ictimai konsolidasiyanın təmin edilməsində mühüm rol oynayır.

Əhalinin sosial müdafiəsi, xüsusilə həssas təbəqələrin sosial təminatı gücləndirilmiş, pensiya sistemində mühüm keyfiyyət dəyişikliyi baş vermişdir.

Ölkənin sosial-iqtisadi inkişafında tarixi dönüş dövrü və yeni strateji mərhələ olan işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası əsasında bu regiona böyük qayıdış təmin edilmişdir.

Ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilir.

Ölkədə yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilmiş, aztəminatlı ailələrin təminatı daha da gücləndirilmişdir. 

Keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilər yaxşılaşmışdır.  Məktəbəqədər təhsilin əhatəlilik göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmış, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş uşaqların 1‒5 yaşlı uşaqların ümumi sayında xüsusi çəkisi artmışdır.

Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılır.

Keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlıq davamlı olaraq yaxşılaşmışdır. Nəticədə, ölkədə ana və uşaq ölümü göstəriciləri azalmış, doğulanda gözlənilən ömür uzunluğu və gözlənilən sağlam ömür uzunluğu isə artmışdır. Rayonumuzda son illər uşaq ölümü minimuma enmiş, bütün yaş təbəqələri üzrə sağlamlıq imkanları diqqətdə saxlanılmış,  yaşlı insanlara həm maddi həm mənəvi dəstəklər göstərilmişdir. Kimsəsiz, tənha insanlar hər zaman diqqətdə olmuşlar.

Rayonumuzda təmiz ekoloji mühit dəstəklənmiş, mövcud təbii resurslardan dayanıqlı və səmərəli istifadə imkanları genişlənmişdir. Müasir su ehtiyatları infrastrukturu yaradılmış, tullantıların səmərəli idarə edilməsi imkanları genişləndirilmişdir.

Ölkəmizdə bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulmuşdur. Pensiyaçılar üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığı artırılmışdır. Pensiya sisteminin dayanıqlığı demək olar ki, hər il güclənir, sosial sığortanın tətbiqi genişləndirilir. Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və sosial xidmətlər sistemi inkişaf etdirilir.

Məktəbəqədər təhsilin əhatə dairəsi artırılır. Ölkə üzrə məktəbəqədər təhsilin göstəriciləri yaxşılaşdırılır, məktəbəqədər təhsilin məzmunu yenilənir, pedaqoji heyətin və idarəetmə heyətinin peşəkarlığı artırılır, məktəbəqədər təhsilin keyfiyyətinin təminatı sistemi yaradılır. Nəticədə, rayonumuzda məktəbəqədər təhsilə cəlb edilmiş 1‒5 yaşlıların payı hər il artır.

Əhalinin davamlı savadlanması üçün “ömürboyu öyrənmək” mexanizmi yaradılıb. Bu mexanizm əhalinin əmək bazarının tələblərinə uyğun ixtisasartırma kurslarında iştirak etməsinə və zəruri kvalifikasiyalar əldə etməsinə imkan verir. Nəticədə, ixtisasartırma üzrə innovativ proqramların və məzunların sayı hər il əhəmiyyətli sayda artır.

Təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklər aşılanır. Qlobal informasiya məkanından istifadə üçün maarifləndirmə tədbirləri həyata keçirilir. Təhsil müəssisələrində İKT əsaslı infrastruktur inkişaf etdirilir. Nəticədə, tədris prosesində və idarəetmədə İKT-nin tətbiqi genişləndirilir.

Yaşından, sosial statusundan, yaşayış yerindən asılı olmayaraq hamı üçün əlçatan, keyfiyyətli və müasir səhiyyə xidmətləri sistemi yaradılır. Rayonumuzda  müasir tibb xidmətləri inkişaf etdirilmişdir. Əhalinin idmanla məşğul olması təşviq olunur. İstirahət və idman məqsədləri üçün yeni park və abad həyətlər salınır. Rayonumuzda 200-dən artıq abad həyətlər salınmışdır. Burada bütün yaş kateqoriyaları sağlam və maraqlı həyat tərzi keçirilməsi  üçün şərait təmin edilmişdir. İdman qurğuları, uşaq oyun elementləri, şahmat oyun elementləri və söhbətgahlar quraşdırılmış, yaşıllıqlar salınmış, təhlükəsizliyi təmin etmək üçün kameralar quraşdırılmışdır.   

Rayonumuzda təbii resurslardan dayanıqlı və davamlı istifadə təmin olunmaqdadır. Ətraf mühitə diqqət hərkəs tərəfindən artırılır, eyni zamandaq  bu məqsədlə tullantıların səmərəli idarə olunması   təmin olunur. Rayonumuzda ətraf mühitin monitorinqi mütəmadi olaraq aparılır. Yaşıllıqların mühafizəsi gücləndirilir və rayon ərazisində mütəmadi olaraq yaşıllıqlar salınır. Nəticədə, rayon üzrə ümumi ərazidə yaşıllığın payı hər il artmaqda davam edir.

Bütün yaş kateqoriyaları üzrə rayonda tədbirlər həyata keçirilir. Gender amillərinə uyğun olaraq maarifləndirici tədbirlər aparılır, eyni zamanda hazırlanmış bukletlər həm təşkilatlarda həm də ailələrdə vətəndaşlara çatdırılır. Sağlam həyat tərzi üçün rayonda yerləşən poliklinikalarda, xəstəxanalarda iş aparılır, əhalinin bu sahəyə əlçatanlığına dəstək göstərilir.

Yerlərdə risk amilləri ilə bağlı monitorinqlər təşkil olunur , qarşıya çıxan problemlər aidiyyatı üzrə həllinin əlçatanlığı təşkil edilir. Aparılan işləri davam etdirmək üçün rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatlarla daha sıx əməkdaşlıqlar həyata keçirilməli , məktəblilər , tələbələr eyni zamanda təşkilatlar arasında maarifləndirmə işlərini daha da gücləndirməliyik.

Sonda mövzu ilə bağlı aparılan müzakirələr zamanı monitorinq qrupunun üzvləri öz fikirlərini bildirdilər.

Keçidlər