Nəsimi rayon İcra Hakimiyyətində geniş müşavirə keçirildi.
Nəsimi Rayon İcra Hakimiyyətində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı şəhərində keçirilməsi ilə əlaqədar rayon ərazisində aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinin təşkili vəziyyətinə həsr olunmuş geniş müşavirə keçirilib.
Müşavirədə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Bələdiyyəsinin, Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin, MKTB-nin və MKİS-lərin rəhbərləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov bildirdi ki, ölkəmizdə belə mötəbər tədbirlərin keçirilməsi müstəqil Azərbaycanımızın dünyada gündən-günə artan nüfuzunun bariz nümunəsidir. Gözlədiyimiz bu nəhəng beynəlxalq tədbir ərəfəsində paytaxtımızda, o cümlədən Nəsimi rayonunda da genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma, yaşıllaşdırma işlərinə başlanmış və hazırda uğurla davam etdirilir.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini GüIarə Verdiyeva öz çıxışında vurğulayıb ki, rayon gənclərinin bu sahə üzrə fəaliyyəti onların sağlam gələcəyinin təmin edilməsində geniş rol oynayacaq.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Quliyev hal-hazırda görülən işlər, problemlər və qarşıya qoyulan vəzifələrin icrası haqqında məlumat verib. Tapşırıqların icrasının qısa müddət ərzində başa çatdırılacağını bildirib.
Sonra Nəsimi Rayon Mənzil Kommunal Təssürüffat Birliyinin rəisi Nizami Mayılov çıxış edərək bildirdi ki, verilən tapşırıqların qısa müddət ərzində yerinə yetirilməsi tam təmin ediləcəkdir.
Sonda irəli gələn vəzifələr ilə əlaqədar lazımi tapşırıqlar verilmişdir.