Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində “Heydər Əliyev Azərbaycanın dövlət qulluğu sisteminin banisidir” mövzusunda dəyirmi masa keçirilib

23 iyun 2025 | 16:04

23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə  Nəsimi rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində  “Heydər Əliyev Azərbaycanın dövlət qulluğu sisteminin banisidir” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə RİH başçısı Aparatının, Sahə inzibati ərazi dairləri üzrə nümayəndəliklərin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə RİH-nin binasında Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dərin hörmət və ehtiramlarını bildirdilər.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov  tədbiri açaraq dövlət qulluqçularını 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə təbrik etmişdir. O, “Heydər Əliyev Azərbaycanın dövlət qulluğu sisteminin banisidir” mövzusunda çıxış edərək bildirdi ki, Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməklə beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutdu. Bununla da yaranmış müstəqil dövlətin quruculuq prinsiplərinin müəyyən edilməsi zəruriliyi meydana gəldi. Ölkənin ağır günlərində xalğın tələbi ilə siyasi rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev  dövlət quruculuğunun bütün sahələrində olduğu kimi,  müstəqil və müasir dövlət qulluğu sisteminin yaradılmasını da önə çəkdi.

Həmin dövrdən düşünülmüş, elmi cəhətdən əsaslandırılmış, qabaqcıl ölkələrin dövlət idarəetmə sisteminin üstünlüklərini və milli dövlətçilik ənənələrini özündə cəmləşdirən dövlət qulluğu siyasətinin aparılmasına başlandı. 1995-ci ildə ümumxalq referendumunda Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilməklə ölkənin gələcək inkişafı üçün beynəlxalq standartlara cavab verən demokratik, sivil, hüquqi dövlətin əsası qoyuldu.  Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu hazırlanıb 2000-ci ilin iyulunda qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır.

Ulu Öndərin bütün sahələr üzrə siyasi kursunu layiqincə davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müasir dövlət qulluğu sisteminin uğurla inkişafını da diqqət mərkəzində saxladı. İdarəçilik sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması, səmərəli kadr hazırlığı və rəqabətli mühitin yaradılması cənab İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən biri oldu.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət qulluğu sistemində islahatların həyata keçirilməsi ciddi konseptual əsaslara söykənərək daha intensiv xarakter aldı. Müasir mərhələdə dövlət qulluğu sistemində həyata keçirilən islahatların səciyyəvi xüsusiyyəti onların innovativ xarakterli olmasından ibarətdir.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuz Ermənistanın 30 illik işğalına son qoyduqdan sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Həmin reallıqlardan biri də işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə formasının tətbiqidir. Azərbaycanda səmərəli dövlət idarəçiliyinin tam formalaşması üçün dövlət qulluğu sistemində hazırda innovasiyaların tətbiqi məsələsinə xüsusi diqqət yetirildiyi qeyd olundu. Hatiq çıxışına davam edərək, Nəsimi Rayon İcra Hakimiyyətində dövlət qulluğu sahəsində görülən işlər barədə məlumat verdi və bir daha Peşə Bayramı Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək onlara uğurlar arzuladı.

Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar elm xadimi, professor Vaqif Şadlinski çıxış edərək, bildirdi ki, ölkəmizdə milli kadrların yetişdirilməsi, dövlət idarəçiliyinin və dövlət qulluğunun formalaşdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər dövlət qulluğunun milliləşməsi prosesini çox məharətlə həyata keçirməyə başlayaraq dövlət qulluğu vəzifələrində milli kadr potensialının sistemli şəkildə hazırlanmasına nail olmuşdur. Qeyd olundu ki, dövlət qulluqçularının fəaliyyəti daim ictimaiyyətin diqqət mərkəzindədir. Bu gün sıralarında çoxsaylı dövlət qulluqçularının üzv olduğu Respublika Ağsaqqalar Şurası və Rayon Ağsaqqalar Şurası adından Peşə Bayramı Günü münasibəti ilə dövlət qulluqçuları təbrik edildi.

Tədbirdə “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və digər ictimaiyyət nümayəndələri çıxış edərək müstəqil azərbaycanımızın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərindən, cəmiyyətimizin həssas təbəqəsinə olan dövlət qayğısından danışaraq, dövlət qulluğçularını Peşə Bayramı Günü münasibətilə təbrik edib, uğurlar dilədilər.

Tədbirin sonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin bir qrup məsul əməkdaşları Fəxri Fərmanla təltif olundular.

Keçidlər