Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” adlı elmi konfrans keçirilib.

10 aprel 2026 | 15:57

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi konfrans keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Elmi konfransda müsabiqənin yekun mərhələsinə vəsiqə qazanmış 10 şagird öz tədqiqat işləri ilə çıxış etmiş, Ulu Öndərin zəngin dövlətçilik irsi, Azərbaycan tarixi və milli dəyərlərimiz haqqında fikirlərini bölüşmüşlər.

Daha sonra şagirdlərin elmi rəhbərləri çıxış edərək gənc nəslin tarixə marağının artırılmasında bu cür layihələrin rolunu vurğulamışlar.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bu kimi müsabiqələrin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, onların elmi-tədqiqat bacarıqlarının inkişafında mühüm rol oynadığını qeyd etmişlər.

Elmi konfrans bədii hissə ilə davam etmiş, şagirdlərin ifasında rəqs və musiqi nömrələri təqdim olunmuşdur.

Keçidlər