Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi Rayon İcra Hakimiyyətində ictimai iştirakçılığın genişləndirilməsi və İctimai Şuranın fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində silsilə tədbirlər davam etdirilir.

04 fevral 2026 | 12:52

Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dövlət idarəçiliyində ictimai iştirakçılığın genişləndirilməsi, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və İctimai Şuranın fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.

Bu çərçivədə İctimai Şuranın fəaliyyətinin təkmilləşdirilməsi, ictimai əhəmiyyət kəsb edən məsələlərin müzakirəsində vətəndaşların iştirak imkanlarının genişləndirilməsi, əhalinin təklif və təşəbbüslərinin nəzərə alınması, eləcə də ictimai nəzarət mexanizmlərinin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır.

Eyni zamanda, ictimai iştirakçılıq prinsiplərinin təşviqi məqsədilə Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində İctimai Şura haqqında məlumatların ictimaiyyətə çatdırılması, şuranın fəaliyyəti barədə məlumatlılığın artırılması və vətəndaş cəmiyyəti institutlarının rayonun ictimai həyatında iştirakının təşviqi istiqamətində işlər görülür. Həmçinin, Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış müvafiq komissiyaların fəaliyyətində vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakına şərait yaradılır.

Nəsimi Rayon İcra Hakimiyyəti ictimai iştirakçılığın daha geniş tətbiqi, İctimai Şuranın institusional fəaliyyətinin gücləndirilməsi və dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında səmərəli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində silsilə tədbirləri davam etdirir.

Keçidlər