Nəsimi Rayon İcra Hakimiyyətində Korrupsiyaya qarşı mübarizə mövzusunda növbəti tədbir keçirilmişdir.
Nəsimi Rayon İcra Hakimiyyətində Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı geniş tədbir keçirilmişdir. Tədbirdə RİH rəhbərliyi, İctimai şuranın, rayon ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Təşkilatının, Rayon Ağsaqqallar Şurasının, 20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin, Qızıl Aypara Cəmiyyətinin Nəsimi rayon şöbəsinin, Gözdən Əlillər Cəmiyyətinin, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon Təşkilatının, xidmət, təhsil və səhiyyə sahələrinin, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Asif Əsgərov “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası sahəsində görülmüş işlərlə bağlı məlumat verərək qeyd etmişdir ki, Rayon İcra Hakimiyyətində vətəndaş cəmiyyəti institutları - qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətə geniş əhəmiyyət verilir. Korrupsiya sahəsində irəli gələn vəzifələrin icrası üçün vətəndaş cəmiyyəti institutlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər görülür.
Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski çıxış edərək, korrupsiya sahəsində çoxşaxəli tədbirlərin həyata keçirildiyini, kollegial qərarların qəbulu prosedurlarında ictimaiyyət nümayəndələrinin, xüsusilə gənclərin iştirakı üçün şərait yaradıldığını qeyd etdi.
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Azər Quliyev Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirlərdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakının təmin edildiyini, vətəndaş cəmiyyəti institutları ilə birgə layihələr çərçivəsində müxtəlif tədbirlərin təşkilinin davam etdirildiyini Nəsimi rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə qurulmuş əməkdaşlıq çərçivəsində ictimai müzakirələrə çıxarılması vacib olan kollegial qərarların qəbulu istiqamətində birgə tədbirlər keçirildiyini vurğuladı.
RİH başçısı “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası sahəsində, xususilə vətəndaş cəmiyyəti institutları ilə birgə layihələr üzrə tədbirlərin keçirilməsinin əhəmiyyətini bir daha vurğulayaraq u istiqamətdə işlərin davam etdirilməsinini zəruriliyini qeyd etdi.