Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində "Korrupsiyaya qarşı mübarizədə korrupsiya risklərinin qarşısının alınması və etik davranış qaydaları" mövzusunda tədbir keçirilib.

30 oktyabr 2024 | 12:10

Nəsimi Rayon İcra Hakimiyyətində RİH başçısı Aparatının, Sahə inzibati Ərazi dairələrinin əməkdaşları, Bələdiyyə, Mənzil Kommunal Təsərrüfatı Birliyinin, İdarə və təşkilatların nümayəndələrinin iştirakı ilə "Korrupsiyaya qarşı mübarizədə korrupsiya risklərinin qarşısının alınması və etik davranış qaydaları" mövzusuna həsr olunmuş tədbir keçirilmişdir.

Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov  tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü  tədbirlər həyata keçirilir. Keçən dövrdə Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi, Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi, korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə sahələrində müəyyən edilmiş istiqamətlər üzrə tədbirlər həyata keçirilmiş, RİH başçısı aparatının şöbə və bölmələrinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul şəxslərin fəaliyyətləri nəzarətdə saxlanılmışdır.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva  “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 2.17 bənd üzrə 2024-2026-cı illərdə Yerli İcra Hakimiyyətləri üzrə “Korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması” ilə bağlı tədbirlərin görülməsinin nəzərdə tutulduğunu qeyd edərək Tədbirlər Planının 2.17 bəndinin icra olunması məqsədilə yaradılmış “İşçi qrupu” tərəfindən “Korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması” mövzusunda təlimlərin keçirildiyini və bu istiqamətdə işlərin davam etdirildiyini bildirdi.

RİHBA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Hamlet Baxışov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vaqif Zeynalov və digər iştirakçılar korrupsiyaya qarşı mübarizədə korrupsiya risklərinin qarşısının alınmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydaları və bu prinsiplərə əməl olunmasının vəzifəli şəxslərin, məsul əməkdaşların vəzifə borcu olduğunu vurğuladılar.

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının, o cümlədən 2.17 - “Korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması” ilə bağlı bənd üzrə tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd olunaraq tövsiyələr və tapşırıqlar verildi.

Keçidlər