Nəsimi rayon İcra Hakimiyyətində Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib.
Nəsimi rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib.
İclasda qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, əlaqələndirmə komitəsinin işinin səmərəli təşkil edilməsi və digər məsələlər haqqında müzakirələr aparılıb.
İclası giriş sözü ilə açan RİH başçısının müavini, Nəsimi rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin sədri Zahid Xəlilov bildirdi ki, Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində məşğulluq sahəsində razılaşdırılmış qərarların hazırlanması məqsədi ilə həmkarlar ittifaqının, işəgötürənlərin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin mənafeyini təmsil edən ictimai birliklərin bərabər sayda nümayəndələrindən ibarət məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri yaradılması nəzərdə tutulmuşdur və 15.2. yarımbəndində isə Əlaqələndirmə komitələrinin səlahiyyətləri, fəaliyyət qaydası və tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir.
Bildirildi ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 27.12.2022-ci il tarixli, 381 saylı Sərəncamı ilə “Nəsimi rayon Məşöulluğa kömək göstərən əlaqələndirmə komitəsi” nin tərkibi təsdiq olunmuşdur.
Natiq çıxışına davam edərək məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin fəaliyyəti, müvafiq inzibati ərazi vahidində qeyri-formal məşğulluğun səviyyəsinin azaldılması və “Nəsimi rayonu üzrə 2023-ci il Ərazi Məşğulluq proqramı”na uyğun olaraq cari dövr ərzində görülmüş işlər barədə komitə üzvlərinə məlumat vermişdir.
Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının müdir müavini Orxan Novruzov, Bakı Regional Məşğulluq Filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Mehriban Əliyeva Agentliyin fəaliyyət istiqamətləri və işəgötürənlərə dəstək mexanizmini əhatə edən proqramlar barədə təqdimatla çıxış etmişlər.
Tədbirdə iştirak edən “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İB-nin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalov, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov və digərləri çıxış edərək müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirmiş, bir sıra təkliflər irəli sürmüşlər.
İclasın sonunda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul olunub.