Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində müşavirə keçirilib

04 sentyabr 2023 | 10:00

Nəsimi rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin məsul əməkdaşlarının, rayon Bələdiyyəsinin, Sahə İnzibati Ərazi Dairələri nümayəndələrinin, rayon təsərrüfat xidmətlərinin, MKTB-nin və MKİS-lərin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

Tədbirdə Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə qaldırılan məsələlər barədə məlumat verildi, rayonda görülmüş geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərinin davam etdirildiyi, rayon ərazisində sanitar təmizliyin daim nəzarətdə saxlanıldığı qeyd edildi.

Rayonun abad simasının təmin olunması, həmçinin ərazidə fəaliyyət göstərən obyektlərin ətrafının abadlaşdırılması, küçə ticarətinin qarşısının alınması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsinin zəruriliyi qeyd olundu.

Müşavirədə çıxış edənlər qanunsuz tikinti və küçə ticarətinin yol verilməzliyi və bu halların qarşısının alınması üçün rayon ərazisində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini xüsusi vurğuladılar.

Bildirildi ki, “Bizim Həyət” və “Abad Həyət” layihələri çərçivəsində abadlaşdırılmış ünvanlarda görülmüş işlərin qorunub saxlanılması daim nəzarətdə saxlanılmalı, əhali arasında mütəmadi olaraq maarifləndirici söhbətlər aparılmalıdır.

Müşavirədə müzakirə olunan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər