Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində müşavirə keçirilib

08 iyul 2023 | 14:36

Nəsimi rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti rəhbərliyinin, İcra Hakimiyyətinin məsul əməkdaşlarının, rayon Bələdiyyəsinin, Sahə İnzibati Ərazi Dairələri nümayəndələrinin, MKTB-nin və MKİS-lərin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayonda görülmüş geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri barədə geniş məlumat verərək, rayon ərazisində sanitar təmizliyin daim nəzarətdə saxlanıldığını qeyd etdi.

Rayonun abad simasının təmin olunması, həmçinin ərazidə fəaliyyət göstərən obyektlərin ətrafının abadlaşdırılması, küçə ticarətinin qarşısının alınması istiqamətində görülmüş işlər barədə geniş məlumat verilərək ölkə və şəhər rəhbərliyinin bu istiqamətdə verdikləri tapşırıqların icrası ilə bağlı aparılan işlərin davam etdirilməsinin zəruriliyi qeyd olundu.

RİH başçısı qanunsuz tikinti və küçə ticarətinin yol verilməzliyi və bu halların qarşısının alınması üçün rayon ərazisində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini xüsusi vurğuladı.

Bildirildi ki, “Bizim Həyət” və “Abad Həyət” layihələri çərçivəsində abadlaşdırılmış ünvanlarda görülmüş işlərin qorunub saxlanılması daim nəzarətdə saxlanılmalı, əhali arasında mütəmadi olaraq maarifləndirici söhbətlər aparılmalıdır.

Həmçinin müşavirədə səyyar qəbullarda qaldırılan məsələrinin həllinin nəzarətdə saxlanılması, ev təsərrüfatı kitablarındakı məlumatların dürüstləşdirilməsi istiqamətindəki işlərin nəzarətdə saxlanılması bildirildi.

Rayon İcra Hakimiyyəti başçısının müavinləri - Z.Xəlilov və R.Quliyev müşavirədə müzakirə olunan məsələlərlə əlaqədar görülmüş işlər barədə geniş məlumat verdilər.

Müşavirədə müzakirə olunan məsələlərin həlli ilə bağlı aidiyyəti qurulmarın rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər