Nəsimi Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı şəhərində keçirilməsi ilə əlaqədar rayon ərazisində aparılan abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin təşkili vəziyyətinə həsr olunmuş növbəti müşavirə keçirilib.
Müşavirədə Bakı Şəhər İcra Hakmiyyətinin və Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Bələdiyyəsinin, Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin, MKTB-nin və MKİS-lərin rəhbərləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov görülmüş işlər barədə ətraflı məlumat verərək bildirdi ki, “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı şəhərində keçirilməsi ilə əlaqədar paytaxtımızda aparılan abadlıq və yaşıllaşdırma işləri çərçivəsində Nəsimi rayonunda da genişmiqyaslı abadlıq və yaşıllaşdırma işlərinə başlanılmış, hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.
Bakı Şəhəri İcra Hakimiyyətinin Ərazi-idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Fuad Aslanov rayon ərazisində həyata keçirilən monitorinqlərinin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verdi.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini GüIarə Verdiyeva və başçının müavini Ramiz Quliyev hal-hazırda görülən işlər, problemlər və qarşıya qoyulan vəzifələrin icrası haqqında məlumat verdilər. Bildirdilər ki, tapşırıqların icrası qısa müddət ərzində başa çatdırılacaqdır.
Sonda görüləcək işlər barədə aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verildi.