Nəsimi rayon İcra Hakimiyyətində “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı Bakı zona konfransının yekunları ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib.
İclası giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq, dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışıb, bildirdirdi ki, İctimai Şuraların fəaliyyəti, əsasən cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsindən, sağlam dialoqun qurulmasından, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasından ibarətdir və onların fəaliyyətində şəffaflığın, hesabatlılığın təmin edilməsi, təcrübəli QHT-lərin bu prosesə cəlb edilməsi, görüləcək işlərin "Korrupsiyaya qarşı mübarizənin güçləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nından irəli gələn müddəalarla uzlaşdırılması vacib amildir.
Sonra İctimai Şuranın üzvəlri mövzu ətrafında çıxışlar ediblər.