Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində rayon Ağsaqqallar Şurası idarə heyətinin növbəti iclası keçirildi.

21 iyul 2022 | 10:17

Rayon Ağsaqqallar Şurasının sədri professor Vaqif Şadlinski çıxış edərək bu günlərdə respublika Ağsaqqallar Şurası  və Respublika Müharibə və Əmək Veteranları Şurası ilə birgə iclasında respublika ağsaqqalları qarşısında qoyulan məsələlər haqqında rayon ağsaqqallarına ətraflı məlumat verdi. Əlavə olaraq 44 gün ərzində qazanılmış qələbədən, rayonun şəhid ailələrinə və qazilərə edilən qayğılardan geniş şərh vermiş , rayonda gedən abadlıq və quruculuq işlərindən danışdı. Bildirdi ki, rayon ağsaqqalları rayonun ictimai və siyasi işlərində yaxından iştirak etməli, gənclərin təlim tərbiyəsində öz tövsiyələrini verməlidirlər.

Rayon ağsaqqallarından İmamverdi Həmidov, Xalid Kərimov, Fəxrəddin Əliyev və başqaları çıxış edərək rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə rayonda keçirilən tədbirlərdə daha yaxından iştirak etməyi tövsiyə etdilər.

Sədr Vaqif Şadlinski qarşıdan gələn rayon ağsaqqallarının hesabat yığıncağı ilə əlaqədar nəzərdə tutulan tədbirlər barədə məlumatlar verdi və qarşıda duran vəzifələr müəyyənləşdirildi.

Sonda Rayon Ağsaqqallar şurasının sədri professor Vaqif Şadlinski rayon Ağsaqqallar Şurasına yaradılan yeni şərait ilə bağlı rayon rəhbərliyinə təşəkkürünü bildirdi.

 

 

 

Keçidlər