Nəsimi rayon İcra Hakimiyyətində rayon Ağsaqqallar Şurası idarə heyətinin növbəti iclası keçirilib.
31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Nəsimi rayon Ağsaqqallar Şurasında Şuranın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə Rayon Ağsaqqallar Şurasının sədri professor Vaqif Şadlinski Şuranın 2022-ci il ərzində görülən işlər barədə məlumat verdi. Natiq şəxsən iştirakçısı olmuş Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən görüşdə cənab Prezident İlham Əliyevin söylədiyi nitqin əhəmiyyəti barədə geniş çıxış edərək bildirdi ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Rayon Şuranın sədr müavini İmamverdi Həmidov, Xalid Kərimov, Melix Yevdayev və başqaları çıxış edərək görülən işləri qənaətbəxş hesab etmişdir.
Sonda Rayon Ağsaqqallar Şurasının üzvlərinə bayram sovqatı verilmiş və 2 şəhid ailəsinə maddi yardım göstərilmişdir.