Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində rayon Ağsaqqallar şurası ilə birgə tədbir keçirilib.

05 iyul 2023 | 09:46

Nəsimi rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin və rayon Ağsaqqallar şurasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən bir sıra idarə və təşkilatların, QHT rəhbərlərinin və bələdiyyə üzvlərinin iştirakı ilə rayon Ağsaqqallar şurasının üzvü Xalid Kərimovun 70, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovun 60 və rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilovun 60 illik yubileyləri münasibəti ilə tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hər üç yubilyarın keçdikləri həyat yolu və fəaliyyətləri barədə geniş məlumat verib, onların dövlət qulluğunda göstərdikləri xidmətlərini xüsusi vurğulayaraq doğum günləri münasibəti ilə rayon İcra Hakimiyyətinin kollektivi və öz adından təbrik edib.

Natiq çıxışına davam edərək xüsusi vurğulayıb ki, Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. 

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qulluğu siyasəti bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlət qulluğu sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.

Digər çıxış edənlər rayon Ağsaqqallar şurasının sədri Vaqif Şadlinski və Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək yubilyarları təbrik etdilər.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yubilyarlara RİH-in Fəxri Fərmanlarını və xatirə hədiyyələrini, Rayon Ağsaqqallar şurasının sədri V.Şadlınski isə Respublika Ağsaqqallar şurasının Fəxri Fərmanını X.Kərimova təqdim etdi.

Tədbirin sonunda yubilyarlar onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər