Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində sahibkarlar ilə görüş keçirilib

30 yanvar 2026 | 14:37

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması və özəl sektorun inkişafına geniş imkanlar yaradır. Strategiyanın 1.1.6.2-ci yarımbəndində nəzərdə tutulan “İnvestorların problem və çətinliklərini həll etmək üçün mütəmadi dövlət-biznes dialoqu çərçivəsinin qurulması” tapşırığının icrası istiqamətində Nəsimi Rayon İcra Hakimiyyətində növbəti görüş keçirilib.

Görüşdə Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, aidiyyəti dövlət qurumlarının yerli strukturlarının nümayəndələri və rayonda fəaliyyət göstərən sahibkarlar və investorlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zahid Xəlilov bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların ana xəttini özəl sektorun dəstəklənməsi, investisiya cəlbediciliyinin artırılması və dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi təşkil edir. Strategiyadan irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması məqsədilə Nəsimi rayonu ərazisində investorlar və sahibkarlarla mütəmadi təmasların saxlanılması xüsusi əhəmiyyət kəsb edir.

Görüş çərçivəsində rayon ərazisində investisiya layihələrini həyata keçirən və ya yeni layihələrə başlamaq niyyətində olan sahibkarların qarşılaşdıqları çətinliklər, inzibati prosedurlar zamanı yaranan ləngimələr və infrastruktur təminatı ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

Görüş zamanı investorlar və biznes nümayəndələri tərəfindən İnzibati və icazə sənədlərinin alınması, kommunal xidmətlərə qoşulma və inzibati prosedurların daha da sürətləndirilməsi, rayon ərazisində fəaliyyət göstərən ticarət, xidmət və tikinti obyektlərinin yerləşdiyi ərazilərdə nəqliyyat və kommunikasiya xətlərinin yaxşılaşdırılması, dövlət qurumları ilə sahibkarlar arasında birbaşa və maneəsiz kommunikasiya kanallarının genişləndirilməsi kimi bir sıra praktiki təkliflər və problemlər səsləndirilib.

Keçidlər