Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində Türkiyə Maarif Vəqfinin rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

25 may 2026 | 12:00

Görüşdə Türkiyə Maarif Vəqfinin  Azərbaycan üzrə  təmsilçisi Tabip Gülbay, Bakı Türk Anadolu liseyinin müdiri Abdullah Yılmaz, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin müdiri Kadır Bektaşoğlu, Azərbaycan Beynəlxalq  Maarif Məktəblərinin Nəsimi Kampusunun müdiri Ertoğrul Toy, Türk Dünyası Atatürk liseyinin müdir müavini  Nesrin Özbakır , həmin təhsil müəssisələrinin və  rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov iştirakçıları salamlayaraq Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət ,iki dövlət”,  Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" ifadələrinin  Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını ifadə edən tarixi çağırışlar olduğunu vurğuladı və  Azərbaycan –Türkiyə dostluğunun, qardaşlığının bütün sahələrdə olduğu kimi təhsil sahəsində də inkişaf etdiyini qeyd etdi.  Nəsimi rayonu ərazisində bir neçə türk təhsil müəssisəsinin uğurla fəaliyyət göstərdiyini və bu müəssisələrin yüksək tədris-təhsil göstəricilərinə nail  olduqlarının qürurverici olduğunu bildirdi.  

Görüşdə çıxış edən Türkiyə Maarif Vəqfi Azərbaycan təmsilçisi Tabip Gülbay və digər nümayəndələr Azərbaycanın hər yerində olduğu kimi Nəsimi rayonunda da təhsilə dövlət tərəfindən diqqət və qayğı göstərildiyini, türk  təhsil müəssisələrinin uğurlu fəaliyyəti üçün hər cür əlverişli şərait yaradıldığını və bunun nəticəsi olaraq şagirdlərin yüksək göstəricilər əldə etdiklərini qeyd etdilər.

 Təhsil müəssisələrinin rəhbərlərinin çıxışlarından sonra onların qaldırdıqları və rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verildi.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Keçidlər