Nəsimi rayon İcra Hakimiyyətində Türkiyə Respublikasının səfiri Cahit Bağçı ilə görüş olub.
Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağçı ilə Nəsimi rayon İcra Hakimiyyətində görüş olub.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 qardaş ölkə arasında yüksək səviyyəli münasibətlərin olduğunu qeyd edərək, Azərbaycan – Türkiyə əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirdi. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin bütün dövrlərində Azərbaycan – Türkiyə münasibətlərinin davamlı inkişafı istiqamətindəki xidmətləri xüsusi vurğulandı. Səfir Cahit Bağçı Türkiyə və Azərbaycan dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin möhkəmliyini qeyd edərək hazırda əlaqələrin daha da genişləndirilməsi istiqamətində addımlar atıldığını bildirdi.
Azərbaycan – Türkiyə əlaqələrinin inkişafı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mühüm tarixi layihələrin həyata keçirildiyi qeyd edildi.
Daha sonra xatirə şəkilləri çəkildi.