Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində “Uşaqlara dair strategiyası”nın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı ilə bağlı işlər davam edir.

03 avqust 2023 | 10:30

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi bəndinin icrası ilə bağlı işlər davam etdirilir.

Bu məqsədlə rayonda yaradılmış monitorinq qruplarının üzvləri və rayon məktəblərində fəaliyyət göstərən psixoloqların, Nəsimi rayon  Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla Profilaktiki işin təşkili bölməsinin əməkdaşlarının, rayon könüllüləri ilə birgə tədbirlər həyata keçirilmişdir.

Tədbirlər həm praktik, həm də nəzəri olmuşdur.

Tədbirdə iştirakçılar hər bir uşağın ehtiyaclarına uyğun olan inkişafın təmin olunması, uşağın nitqi, qavrama, kişik və böyük monitor bacarıqları və davranış sahələrində funksional bacarıqlarını qiymətləndirməyə lazım olan alətlər, praktik bacarıqlar, nəzəri biliklər, uşaqlarda öyrənmə və inkişaf prosesləri barədə dərin biliklər əldə ediləcəkdir.

Təlim davamlı həyata keçiriləcəkdir. Eyni zamanda həm bələdiyyədə, həm də Sahə İnzibati Ərazi Dairələrində aparılacaqdır.  

Keçidlər