Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. O, 1-ci mikrorayon, Moskva prospekti 46 ünvanda yerləşən həyətdə sakinlərin müraciətlərini dinləmişdir. Qəbulda Moskva prospekti, A.Məhərrəmov, Cavadxan, 20 Yanvar küçələrində yerləşən binaların sakinləri iştirak etmişlər.
Sakinlərdən Qafarova Güllübəyim, Hacıyev Müşfiq, Cəfərova Gülnarə, İbrahimova Elza, Məhərrəmov İzzət, Novruzbəyov Tariyel, İbrahimov Səlim, Yusubova Xəyalə, Kərimova Nuranə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın dam örtüyünün təmiri, ağacların budanması, iş ilə təmin, kanalizasiya xəttinin təmiri, binanın giriş qapılarının təmiri, istilik təchizatının yaxşılaşdırılması, sahibsiz heyvanlar ilə bağlı tədbirlər görülməsi, məhəllədaxili yola sürət məhdudlaşdırıcı tramplinin quraşdırılması barədə müraciətlər etdilər.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək imkanının olduğu barədə məlumat verildi.
Sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.