Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 3-cü mikrorayonda səyyar qəbul keçirib
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3-cü mikrorayon Alı Mustafayev 41 ünvanında sakinlərin müraciətlərini dinləmişdir. Vətən müharibəsi şəhidi Rzayev Hacırza Fikrət oğlunun ailəsinin yaşadığı bu ünvanda hazırda Rayon İcra Hakimiyyəti tərəfindən “Abad həyət” layihəsi çərçivəsində abadlıq-quruculuq işləri həyata keçirilir.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbəmiz, şəhidlərimizin qəhrəmanlığı qeyd olunmuşdur.
Sakinlərdən Mətanət Rzayeva, Sevinc Musayeva, Mətanət Rzayeva, Əli Məmmədov, Sevinc Hüseynzadə, Rəşad Cahangirov, Ruziyə Musayeva və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən dam örtüyünün təmiri, mənzil növbəsinə götürülmə, uşaqların təhlükəsizliyi üçün yüngül konstruksiyalardan çəpərlərin çəkilməsi, həyətin işıqlandırılması, su axıntısının qarçısının alınması, əlavə oturacaqların qoyulması, zirzəminin təmiri barədə müraciətlər etmiş, abadlıq işləri aparılan həyətdə görüləcək işlərlə bağlı təkliflər irəli sürmüşlər.
Sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda, o cümlədən A.Mustafayev küçəsi 41 saylı binada və onun həyətində aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmiş, həyətin abadlaşdırılması ilə bağlı sakinlərin istək və təkliflərinin nəzərə alınacağı bildirilmişdir.