Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 4-cü mikrorayonda səyyar qəbul keçirib

02 noyabr 2022 | 12:35

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov təsdiq olunmuş qrafikə uyğun olaraq 4-cü mikrorayon MirCəlal küçəsi 42 ünvanda növbəti  səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmiş, həyata keçirilən işləri sakinlərlə müzakirə etmişdir.  Mikrorayonda, o cümlədən A.Mustafayev, A.Məhərrəmov, H.B.Əliyev, H.Seyidzadə küçələri ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

Sakinlərdən  Rzayeva Cəmilə, İsmayılova Pakizə, Mirzəyev Qulu, Həsənov Anar, Kərimova Bahar, Kərimli İbrahim, Paşayeva Zümrüd, İbrahimov Maşallah, Bayramov Qorxmaz, Malikov Malik və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın fasadının təmiri, binanın giriş qapısının təmiri, dam örtüyünün və zirzəminin təmir edilməsi, həyətin abadlaşdırılması, oturacaqların qurulması su təchizatında fasilələrin olması barədə müraciətlər etmişlər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qələbəsinin 8 Noyabr – Zəfər Gününün qürür hissləri ilə qeyd ediləcəyi, bu münasibətlə ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da çoxsaylı tədbirlərin keçirildiyi bildirildi. Həmçinin ölkə başçısının  və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuş, Heydər Əliyev Fondunun vitse prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu ərazisində  görülən işlər xüsusi vurğulanmışdır.

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Qaldırılan məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər