Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 5-ci mikrorayonda səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 2022-ci il iyun ayının 1-də 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi 64-4/66 ünvanda yerləşən həyətdə sakinlərin müraciətləri dinlənilmişdir. Qəbulda A.Məhərrəmov, Cavadxan, MirCəlal küçələrində yerləşən binaların sakinləri iştirak etmişlər.
Sakinlərdən Seyidova Cəmilə, Babayev Əbülfəz, Cəfərova Əzəmət, Cəbiyeva Laləzar, Rzayeva Cahan, Əsgərov Ənvər, Həmzəyeva Adilə, Yusifov Mehman, Mustafayeva Ceyran, Aydınova Roza və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın dam örtüyünün təmiri, quru ağacın götürülməsi, iş ilə təmin, kanalizasiya xəttinin təmiri, binanın girişlərinin təmiri, su təchizatında fasilələrin olması, istilik təchizatının yaxşılaşdırılması, zirzəminin təmiri barədə müraciətlər etdilər.
Müraciətlərdən sonra “Abad həyət” layihələri çərçivəsində Asif Məhərrəmov küçəsi 64-4/66 ünvanında aparılacaq abadlıq-quruculuq işlərinin layihəsi lövhədə sakinlərə təqdim olundu. Layihə ətrafında müzakirələr aparılaraq sakinlərin sualları RİH başçısı tərəfindən cavablandırıldı və təkliflər qeydə alındı.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təqdim olunan “Abad həyət” layihəsinə təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmış, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar vurğulanmışdır.