Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ADNSU-nin nəzdnində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində yaradılmış şəraitlə tanış olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov məlumat verərək bildirmişdir ki, UFAZ Azərbaycan və Fransa Prezidentlərinin 2014-cü ildə irəli sürdükləri bir layihə əsasında fəaliyyətə başlamışdır.
Bildirmişdir ki, UFAZ tələbələri təhsillərini başa vurduqda iki milli diplom əldə edirlər. Bunlardan biri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin diplomu, digəri isə Strasburq Universitetinin və ya Renn 1 Universitetinin diplomudur. Qeyd olunmuşdur ki, UFAZ Azərbaycanda ən eksklüziv texniki imkanlara malik olan labaratoriyalardan faydalanmaq imkanına malikdir. Hazırda əsası 2018-ci ildə qoyulmuş Azərbaycanda ilk və unikal altı mərtəbəli labaratoriya müəllim və tələbələrimizə daha dərin və geniş araşdırmalar aparmaq imkanı verir. UFAZ 2017-cı ildən əsaslı təmir edilmiş, hazırda fəaliyyət göstərdiyi binaya köçmüşdür.
Sonra Nəsimi RİH Başçısı Universitetdə yaradılmış şəraitlə tanış olmuşdur.