Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ay ərzində ərazidə sakinlərlə görüşüb.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Nəsimi rayon ərazisində müxtəlif ünvanlarda olarkən sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə maraqlanmış, aparılan əsaslı təmir işləri ilə tanış olmuş, onların müraciətlərini dinləmişdir.
Görüşlər zamanı qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, görüləcək işlər vətəndaşlara geniş izah edilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür. Vətəndaşların müraciətləri əsasən həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin və zirzəmilərin təmiri, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, küçə və həyətlərin işıqlandırılması, qrafiklərlə verilən su təchizatının daha da yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması və s. məsələlərlə bağlı olmuşdur.