Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirib.
24 dekabr 2025 | 14:25
Təşkil olunan qəbulda Rəşid Behbudov, 28 May, Mirzəağa Əliyev, Əlövsət Quliyev, Rəsul Rza, Kövkəb Səfərəliyeva və Zorqe küçələrinin sakinləri iştirak ediblər. Sakinlər infrastruktur, kommunal xidmətlər və sosial məsələlərlə bağlı müxtəlif müraciətlər səsləndiriblər. Müraciətlərin həlli üçün aidiyyəti qurumların məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.






