Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov ali təhsil müəssisələrinin tələbələri və rayonun fəal gəncləri ilə görüş keçirib.
27 noyabr 2025 | 14:42
Görüşdə gənclərlə dövlət qurumları arasında dialoqun genişləndirilməsi, onların fikir və təkliflərinin dinlənilməsi müzakirə olunub. Gənclər dövlətin gənclərə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib, rayonun ictimai-siyasi, sosial və mədəni həyatına dair təkliflərini səsləndiriblər.
Tədbir səmərəli fikir mübadiləsi ilə yekunlaşıb, sonda xatirə şəkilləri çəkilib.






