Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov və Rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

12 dekabr 2025 | 18:24

Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə gül dəstələri qoyulub.

Daha sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehsan mərasimi təşkil edilib. Mərasimdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov və tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Rafiq Məmmədhəsənov çıxış edərək Ulu Öndərin Azərbaycanın inkişafındakı tarixi rolunu vurğulayıblar. Sonda iştirakçılar üçün ehsan süfrəsi təşkil edilib.

Keçidlər