Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə növbəti səyyar qəbul keçirib.

14 noyabr 2022 | 11:52

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirərək sakinlərin müraciətlərini dinləmişdir. Qəbulda A.Məhərrəmov, Cavadxan, H.Seyidzadə küçələrində yerləşən binaların sakinləri iştirak etmişlər.

Sakinlərdən Mirzəyev Zahid, Əzizova Səadət, Cəbiyev Elçin, Dünyamalıyeva Xədicə, Mirzəyev Qulu, Mustafayev Elmar və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın dam örtüyünün təmiri, kanalizasiya xəttinin təmiri, həyətin abadlaşdırılması,  istilik təchizatının yaxşılaşdırılması, həyətin işıqlandırılması barədə müraciətlər etmişlər.

Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin ərazidə görülən işlərlə bağlı təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

 

 

Keçidlər