Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşdü.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, 20 Yanvar küçəsi 6 və Asif Məhərrəmov küçəsi 64 saylı ünvanlarda olarkən sakinləri narahat edən məsələlərlə maraqlanmış, aparılan əsaslı təmir işləri ilə tanış olmuş, , onların müraciətlərini dinləmişdir.
Görüş zamanı bildirilmişdir ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla həyata keçirilir.
Hazırda Asif Məhərrəmov küçəsi 64 saylı ünvanda abad həyət layihəsi çərçivəsində başlanmış abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir. İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılır.
Görüş zamanı sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verildi.